Ərdoğanın Paradda dediyi şeir İranı hiddətləndirdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Bakıda keçirilən Hərbi Paradda Araz çayı ilə bağlı səsləndirdiyi bayatı İranı qıcıqlandırıb.



"BakuPost" xəbər verir ki, bu barədə İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif öz "Twitter" hesabında yazıb:

"Türkiyə Prezidenti Ərdoğana Bakıda dediyi şeirin sözləri ilə Arazın şimalındakı bölgələrin vətənləri İrandan zorla ayrılmasına eyham vurduğu barədə məlumat verilməyib. Bunu deməklə Azərbaycan Respublikasının suverenliyinə zərər vurduğunun fərqində deyildimi? Heç kim sevdiyimiz Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur - red.) haqqında danışa bilməz”, - deyə XİN rəhbəri paylaşımında qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu