Mehman Məmmədovla zəifləyən “Express Bank”
2019-cu ilin sentyabr ayından etibarən “Express Bank”da İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən M.Məmmədov 2020 –ci ilin fevral ayından etibarən bankın sədri vəzifəsinə təyin olunub. Bu güdən sonra bankın vəziyyəti mənfiyə doğru "irəliləyib".
“Kommersant.az” xəbər verir ki, M.Məmmədovun təyinatından sonra bankın aktivləri 1 il ərzində 34 mln. 224 min manat azalaraq 304 mln. 414 min manata düşüb. Bundan başqa bankın cəmi öhdəlikləri də 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 41 mln. 655 min manat əriyərək 182 mln. 585 min manata enib. Bununla belə cənab Məmmədov bankın kapitalının cüzi artımına nail olub. “Express Bank”ın cəmi kapitalı 1illik müqayisə ilə 7 mln. 490 min manat artıb.
Ardı var...