Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəlib


Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün “IL-76” təyyarəsi ilə Gəncə aeroportuna enib.

“Report”un Qərb mərkəzi xəbər verir ki, 20 nəfərdən ibarət olan qrupa pirotexniklər və xilasedicilər daxildir.

Eyni zamanda təyyarənin göyərtəsində 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da var.

Humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda işləyəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu