Rusiya İranın Xoy vilayətinə humanitar yardım göndərib


Xoy vilayətində baş verən zəlzələ ilə bağlı Türkiyənin yardım təklifini rədd edən İran Rusiyadan yardım qəbul edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi zəlzələ bölgəsinə humanitar yardım çatdırmaq üçün Jukovski hava limanından yola düşüb. Bildirilir ki, İranın Xoy vilayətinə Rusiya Federasiyası hökumətinin tapşırığı ilə ümumi çəkisi 35 ton olan humanitar yük aparılacaq. Yardıma şəkər, un, bitki yağı, çadırlar, isti yorğanlar, sobalar və səyyar elektrik stansiyası daxildir.
Yanvarın 28-də İranın Qərbi Azərbaycan əyalətində, o cümlədən Xoy şəhəri ərazisində baş verən 5,9 ballıq zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 973 nəfər yaralanıb. Xeyli dağıntı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu