Türkiyə və İranın fərqi


Türkiyədə baş verən zəlzələ ilə bağlı dünya ölkələrindən yardım və dəstək axmaqdadır.


Beynəlxalq təşkilatlardan tutmuş, bir çox ölkələrə qədər xeyli sayda ünvandan zəlzələ qurbanlarına dəstək və yardım üçün qüvvələr göndərilir. Türkiyə bütün dəstək olmaq istəyən ölkələrə qapılarını açıb. Buna onu həm vəziyyətin ağırlığı vadar edir, həm də dünyayla olan sıx əlaqələri.
AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Türkiyə ilə iranı müqayisə edib. "İranda zəlzələ baş verdi, qonşu ölkələr – Azərbaycan və Türkiyə yardım təklifi etdilər, Tehran imtina etdi. Halbuki, zəlzələ nəticəsində soyuq havada evsiz və ərzaqsız qalanlar mövcuddur ki, onların yardıma ehtiyacları var" deyən siyasi şərhçinin sözlərinə görə, Türkiyədə zəlzələ baş verib, onlarla ölkə, o cümlədən Azərbaycan yardıma tələsib: "Türkiyə ilə İranın fərqlərindən biri də budur. İran Türkiyədən kasıb ölkədir və kənar yardıma daha çox ehtiyacı var. Türkiyə isə dünyaya açıq ölkədir, hətta keçmişdə münasibətləri gərgin olan dövlətlərin yardım təklifinə müsbət cavab verib. Çünki zəlzələ bəşəri bir bəladır və dövlətlər, millətlər bir-birlərinə kömək etməlidirlər, sabah başqa ölkədə zəlzələ baş versə, Türkiyə həmin ölkəyə köməyə tələsəcək. Bu bəşəri yanaşma İrandakı rejimə yaddır". E.Şahinoğlu qeyd edib ki, bu cür rəftar İranın qapalı ölkə olmasını bir daha ortaya qoyur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu