ABŞ Türkiyəyə yardım üçün yenə vəsait ayıracaq


ABŞ Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra humanitar yardım məqsədilə əlav vəsait ayırmağı planlaşdırır.


AFN.az xəbər verir ki, bu barədə zəlzələ bölgəsinə səfər edən ABŞ dövlət katibi Entoni Blinken bildirib. O, qeyd edib ki, ABŞ Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ ilə əlaqədar əlavə 100 milyon dollar yardım elan edir. Bununla da ABŞ-ın zəlzələ ilə bağlı humanitar yardımı 185 milyon dollara çatır.

Dövlət katibi onu da vurğulayıb ki, vəsait xüsusilə Türkiyə və Suriyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları vasitəsilə çatdırılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu