Türkiyə hərbçilərinin Qarabağda minatəmizləmə əməliyyatı davam edir
Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarma Təmizləmə qrupu Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalından azad etdiyi əraziləri minalardan təmizləyir.
AFN xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
"Azərbaycan Ordusunun 44 gündə böyük bir qələbə qazandığı Qarabağ bölgəsində ərazilərin minalardan təmizlənməsi işləri davam edir. Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə Bölməsindən (ÖMAT) 136 nəfərlik heyət də Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Hərbçilərimiz Azərbaycan Silahlı Qüvvələrinin bu təyinat üzrə şəxsi heyətinə minaların təmizlənməsi üzrə təlim keçməklə yanaşı, işğaldan azad edilən Qarabağda ərazilərin minalardan təmizlənməsi fəaliyyətlərini də davam etdirirlər" - məlumatda deyilir.