Avropa həm daşqınlar, həm də meşə yanğınları ilə mübarizə aparır


Son zamanlar Avropanın müxtəlif ölkələrində iqlim dəyişikliyinin təsiri ilə daşqınlar və meşə yanğınları müşahidə olunur. Avropa eyni zamanda bu fəlakətlərlə mübarizə aparır.


Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Avropa Regional Sağlamlıq, Fəlakət, Böhran və İqlim Bölməsinin rəhbəri Andreas Vaysenberq həftəlik konfransda iqlim dəyişikliyi ilə əlaqədar Avropada baş verən ekstremal və gözlənilməz iqlim hadisələri ilə bağlı qiymətləndirmələr aparıb.

"Hans" fırtınası səbəbiylə Skandinaviya bölgəsində və xüsusilə Norveçdə güclü külək, şiddətli yağış və torpaq sürüşmələrinin müşahidə edildiyini qeyd edən Vaysenber bu səbəbdən elektrik xətlərinin aşdığını və yolların bağlandığını bildirib.

"Hans" qasırğasının vurduğu Norveçdə 5000-dən çox insan təxliyyə edilib. Norveç Qırmızı Xaç Cəmiyyəti bunun görünməmiş bir hadisə olduğunu və eyni vaxtda bir neçə yerli fövqəladə halın baş verdiyini bildirib", - Vaysenberg bildirib.

Sloveniyada yağan leysan yağışların ölkənin üçdə ikisinin təsirləndiyini və minlərlə insanı evlərini tərk etmək məcburiyyətində buraxdığını bildirən Vaysenberq, "Sel Sloveniyanın 1991-ci ildə müstəqillik əldə etdikdən sonra insanların həyatını itirdiyi, körpüləri, yolları dağıdıb, yaşadığı ən böyük fəlakətdir. Evlərə təxminən 500 milyon avro ziyan vurub".

Vaysenberq ötən həftə Gürcüstanın şimal-qərbində baş verən sürüşmə nəticəsində 20 nəfərin həyatını itirdiyini, Gürcüstan Qırmızı Xaç Cəmiyyətinin zərər çəkmiş insanlara ilk yardım və psixososial dəstək göstərmək üçün qrupları səfərbər etdiyini qeyd edib.

Portuqaliyada həddindən artıq istilərin ölkənin cənub və mərkəzi bölgələrində meşə yanğınlarına səbəb olduğunu vurğulayan sözçü 70 min hektar ərazinin yandığı kəndlərdən 1400 nəfərin təxliyə edildiyini açıqlayıb.

Həmçinin qeyd edib ki, Avropadakı Qırmızı Xaç və Qızıl Aypara birlikləri ekstremal hava hadisələrinə hazırlaşmaq və bununla bağlı riskləri azaltmaq üçün icmalarla birgə fəaliyyət göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu