Çempionlar Liqasının final mərhələsi bu ölkədən alındı


Futzal üzrə Çempionlar Liqasında 2020/2021 mövsümünün final mərhələsinin oyunları Belarusun paytaxtı Minskdə keçirilməyəcək.



Hit.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirusla bağlı ölkədəki epidemioloji vəziyyət və səyahət məhdudiyyətləri səbəb olub.

Bəzi komandaların və rəsmi şəxslərin həlledici raundun matçlarında iştirakının mümkünsüzlüyünü nəzərə alan qitə futbol qurumu matçın yerinin dəyişdirilməsinə qərar verib.

Belarus Futbol Federasiyası ilə məsləhətləşən UEFA final mərhələsinin oyunlarını Xorvatiyanın paytaxtı Zaqrebə təyin edib. Matçlar 28 aprel - 3 mayda keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu