Azad olunan ərazilərin bərpası: alternativ mənbələri necə cəlb etmək olar?


"Təklif edirəm ki, prosesə büdcədənkənar mənbələr də cəlb olunsun”.



Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov işğaldan azad olunan ərazilərin bərpasından danışarkən deyib. Deputat tələb edilən məbləğin kifayət qədər böyük olduğunu deyib: "Güman olunur ki, yalnız büdcə deyil, büdcədənkənar mənbələrin cəlb edilməsi və bununla həm bərpa, həm də iqtisadi aktivliyin həyata keçirilməsi hədəflənir. Nəzərə alsaq ki, söhbət erməni işğalçıları tərəfindən Azərbaycan ərazisinin təxminən 20%-ə yaxın hissəsinin uzun müddət işğal altında qalması və həmin ərazilərin praktik olaraq xarabalığa çevirilməsindən gedir. Bütün infrastruktur məhv edilib, hətta meşə-bitki örtüyü dağıdılıb, ekoloji soyqırım baş verib. Bu baxımdan tələb edilən məbləğ həmin ərazilərin iqtisadiyyatının yenidən qurulması üçün kifayət qədər böyükdür. Azərbaycanın mövcud imkanları mərhələli şəkildə infrastruktur layihələrinin reallaşmasına imkan verəcək. Təklif edirəm ki, prosesə büdcədənkənar mənbələr də cəlb olunsun. Amma bundan əvvəlki oxşar nümunələr göstərir ki, bir sıra beynəlxalq parktikalarda əksər hallarda beynəlxalq qurumlar da prosesə cəlb olunur. Nəzərə alsaq ki, Azərbaycan beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, bu da təbii ki, imkan verir ki, həm beynəlxaq qurumları, həm maliyyə investoru, həm də texniki dəstəkləyici olaraq prosesə cəlb etmək mümkün olsun. Ona görə təklif edirəm ki, beynəlxalq qurumlarla bu istiqamətdə müzakirələr davam etdirilsin. Artıq bununla bağlı rəsmi açıqlamalar var. Həm qiymətləndirmədə, həm bərpa prosesində, həm minalardan təmizləmə və digər iqtisadi aktivliyin bərpası prosesində də beynəlxalq qrumların iştirakı təşviq olunsun”.

Vüqar Bayramovun fikrincə, bir sıra ölkələrin təcrübəsi göstərir ki, beynəlxalq qurumlar bu prosesdə aktiv şəkildə iştirak etməkdə maraqlı olurlar:
"Eyni zamanda biz təklif edirik ki, xüsusən yeni təşviqedici paketlər tətbiq olunsun. Xüsusi vergi güzəştlərinin həmin ərazilər üzrə olması məqsədəuyğun olardı. Eyni zamanda həmin ərazilərdə fəaliyyət göstərən sahibkarların aşağı, bəzi hallarda faizsiz kreditlərə çıxış imkanlarının təmin edilməsi məqsədəuyğun olardı. Bu da özəl sektorun cəlb edilməsinə gətirib çıxardar. Özəl sektor öz sərmayəsi ilə prosesə cəlb olunacaq. Bir tərəfdən öz sərmayəsi ilə infrastrukturun formalaşmasına dəstək ola, digər tərəfdən isə investisiya qoyuluşları ilə artıq iqtisadi aktivliyin bərpasına yardımçı ola bilər. İlkin bərpa mərhələsindən sonra özəl sərmayə xüsusi rola malik olacaq. Büdcədənkənar mənbə olaraq gözlənilir ki, xüsusən də ikinci mərhələdə infrastrukturun genişlənməsi iqtisadi aktivliyin bərpasında özəl sektor xüsusi paya malik olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu