Samux sakinini qətlə yetirən şəxs tutulub - RƏSMİ


Martın 1-də saat 13 radələrində Samux rayonu, Sərkar kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Elşən Rövşən oğlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.



Bu barədə AFN-ə Samux Rayon Prokurorluğundan məlumat verilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Həsənov Vüqar Adil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elşən Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vüqar Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu