Şəhid yadigarları “Şahdağ”a ekskursiya edib


“Şahdağ” Turizm Mərkəzi “Mənim atam qəhrəmandır, mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Vətən müharibəsində şəhid olan hərbçilərin ailə üzvləri üçün iki günlük tədbir həyata keçirib.


Mərkəzdən verilən məlumata görə, tədbir çərçivəsində Bakıdan və Qusar rayonundan 100-ə yaxın şəhid övladı və onların yaxınları üçün kompleks ərazisinə ekskursiya təşkil olunub, onlara ərazidəki kanat yollarından və atraksionlardan istifadə imkanı yaradılıb. İki gün ərzində şəhid yadigarlarına müxtəlif əyləncələr, maraqlı oyunlar, musiqili konsert proqramları nümayiş etdirilib, xizək sürmə vərdişləri öyrədilib.

Bununla yanaşı, öz fəaliyyətində sosial tədbirlərə də mühüm önəm verən “Şahdağ” Turizm Mərkəzinin Bakıdan, eləcə də Quba, Qusar və Xaçmaz rayonlarından olan 700-ə yaxın əməkdaşının ailə üzvləri üçün kompleksə tanışlıq səfəri təşkil edilib, müxtəlif əyləncə xidmətlərindən istifadəsi təmin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu