Sabah Qarabağda gizlənmiş ermənilərin axtarışları aparılacaq


Qarabağda müxtəlif istiqamətdə işğalçı Ermənistan ortdusunun hərbçilərinin qalıqlarının axtarışları davam edir.



Aparılan axtarışlar zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.

Məlumata görə, erməni hərbçilərinin qalıqları Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb.

Qeyd edilir ki, sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.

Məlumata görə, bununla da Qarabağda indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb. (hit.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu