Türkiyə MN: "Qara Yanvar" qətliamında şəhid olan qardaşlarımızı rəhmətlə anırıq


Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paylaşım edib.



AFN xəbər verir ki, Nazirliyin "Twitter" səhifəsində yer alan paylaşımda deyilir:

"1990-cı il 20 Yanvar tarixində qardaş Azərbaycanda baş verən, tarixdə "Qara Yanvar" kimi tanınan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. Azərbaycanın milli matəm günündə bütün şəhidlərə Allahdan rəhmət diləyirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu