Başqırdıstanda 39 maşın toqquşub, 10 nəfər yaralanıb


Rusiyanın Başqırdıstan Respublikasında Ufa-Orenburq magistral yolunda 39 avtomobilin toqquşması nəticəsində ikisi 12 və 16 yaşında qız olmaqla 10 nəfər xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin Baş İdarəsi bildirib.

Məlumata görə, qəza əlverişsiz hava şəraiti səbəbindən baş verib. Bildirilib ki, çovğun respublikanın 3 rayonunda bir neçə avtomobil yolunu bağlayıb. Sinoptiklərin proqnozuna əsasən, fevralın 24-də Başqırdıstanda 35 dərəcə şaxta olacaq, küləyin sürəti saniyədə 26 metrə çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu