Cavanşir Məmmədov: "Bizim sahədə gərək tərbiyəsiz olasan"


"Bizim sahədə bir az imkanı olan kimi ya gedib ikinci arvad alırlar, ya maşın. Mən də maşın həvəskarıyam. Arvad almıram, maşın alıram".



AFN Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Hüseynova bacıları" proqramında deyib. Müğənni həmkarı Firuzə İbadova ilə arasını vurmaq istəyənlərə səslənib:

"Ara qızışdıranlar deyir ki, "Cavanşir niyə sənə kömək etmir?" Ömür boyu ona kömək edəcəm. Yanındayamsa, bu elə köməkdir. Bu sözü deyənlər bir dəfə bazarlıq edib onun qapısını döyməyiblər. Biz söz-söhbətə gedən adamlar deyilik, nəsə olanda yüz ölçüb, bir biçirik.

Bizim sahədə gərək tərbiyəsiz olasan. Tərbiyəli olanda səni bəyənmirlər. Firuzə xanım toya gedir, 400-500 manat alır. Başqası gəlir fonoqramla oxuyur və 7 min alıb gedir. Nə xanımlığı, nə mədəniyyəti, nə gözəlliyi, nə oxumağı var. İncəsənətə mədəniyyətsiz adamlar gəlir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu