Cənubi Koreya Ukraynaya böyük silah partiyası tədarük edəcək


Cənubi Koreya Çex Respublikası vasitəsilə Ukraynaya, təxminən, 2,9 milyard dollar ABŞ dolları silah tədarük edəcək.



AFN xəbər verir ki, söhbət aşağı hündürlükdə uçan təyyarələrin hücumlarını dəf etmək üçün istifadə edilən "Chiron" zenit-raket kompleksləri və döyüş sursatlarından gedir. Bu silah tədarükü ABŞ tərəfindən maliyyələşdiriləcək.

Məlumata görə, Cənubi Koreya tərəfinin rəsmi mövqeyi səbəbindən silah partiyası Ukraynaya birbaşa göndərilməyəcək. Belə ki, hələ yazda Cənubi Koreya tərəfi hərbi əməliyyatlar bölgəsinə silah tədarük etməyəcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu