Cənubi Koreya Ukraynaya bir milyonluq yardım göndərəcək


Cənubi Koreya növbəti yardım partiyası olaraq Ukraynaya 1,1 milyon dollar dəyərində qaz maskaları və filtrlər göndərməyi planlaşdırır.


Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Yardımın növbəti - üçüncü partiyası radiasiya, kimyəvi və bioloji müdafiə üçün zəruri olan əşyalarla təmin olunacaq.

Bundan əvvəl Seul Kiyevə dəbilqə, zireh və dərman kimi öldürücü olmayan hərbi əşyalar göndərib.

Mənbə: TASS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu