Cənubi Koreya ABŞ-ın xahişi ilə Ukraynaya kömək etməyə davam edəcək


Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik bildirib ki, Seul Amerika tərəfinin xahişi ilə Ukraynaya yardım göstərməyə davam edəcək.



“ABŞ Cənubi Koreyadan Ukraynaya əlavə yardım göstərməyi xahiş edib. Buna cavab verdim ki, Koreya Respublikası bundan sonra da yardım və dəstək göstərəcək”, - Müdafiə Nazirliyinin rəhbəri Cənubi Koreya silah və sursatlarının ABŞ-ın xahişi ilə Ukraynaya tədarük edilib-edilməməsi ilə bağlı suala cavab verib.

Xatırladaq ki, Cənubi Koreya Qərbin Ukraynaya tədarükü hesabına silah istehsalını artırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu