Ramin Quluzadə İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışdı


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi arasında görüş keçirilib.



Bu barədə AFN-ə Nazirlikdən məlumat verilib.

Nazir əvvəlcə ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Daha sonra R.Quluzadə 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Ağbənd sərhəd zastavasının işğaldan azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsini diqqətə çatdırıb. Bu münasibətlə İran dövlətini və xalqını təbrik edib. Öz növbəsində səfir Seyid Abbas Musəvi də Azərbaycan xalqına təbriklərini çatdırıb.

Nazir, həmçinin səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları, təcavüzkar siyasəti, mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi hərbi və müharibə cinayətləri barədə məlumat verib.

Görüşdə iki ölkə arasında nəqliyyat, İKT və poçt sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu