ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi


ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel vəzifəsindən istefa verdiyini açıqlayıb.



“Report” xəbər verir ki, bu barədə onun Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən tvitterdə yayılmış yazılı bəyanatında deyilir.

"Bu gözəl təşkilata başçılıq etmək mənim həyatımın ən böyük şərəfi oldu. Mən gedirəm və bizim gördüyümüz işlə çox fəxr edirəm, - Haspel qeyd edib.

Haspel 2018-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə başçılıq etmiş ilk qadın olub. O, istefasının səbəblərini açıqlamayıb. Qeyd edək ki, “Axios” portalı bundan əvvəl Cina Haspelin ötən il dekabrın əvvəllərində istefaya getməyə hazır olması barədə xəbər yaymışdı.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden MKİ-nin direktoru vəzifəsinə Birləşmiş Ştatların Rusiyadakı keçmiş səfiri Uilyam Bernsin namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu