Ermənistanda dövlət komitəsinin sədri istefa verib


Ermənistan Dövlət Əmlak Komitəsinin sədri Narek Babayan tutduğu vəzifədən istefa verməsi ilə bağlı ərizə yazıb.



“Report”un xəbərinə görə, bunu “Hraparak” qəzeti yazıb.

O, Ermənistan parlamentinin sədrinin müavini Lena Nazaryanın həyat yoldaşıdır.

Bildirilib ki, onun bu addımı atmasına səbəb ərazi idarəetmə naziri Suren Papikyanla münasibətlərinin gərgin olmasıdır. S.Papikyan N.Babayana Ermənistanın baş naziri Nikol Paşinyanla birbaşa əlaqə saxlamağı qadağan edibmiş. Ona görə ehtimal edilir ki, komitə sədri vəziyyətəndən çıxışı istefa ərizəsi yazmaqda görüb.

Rəsmi qurumlar məsələyə münasibət bildirməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu