Çingiz Qənizadənin YAP-a üzv olmasının səbəbi bilindi - DETALLAR


Sabiq deputat Çingiz Qənizadənin YAP-a üzv olmasının səbəbi bəlli olub.



AFN-ə məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, Ç.Qənizadənin hakim partiyaya üzv olması və bununla bağlı xəbəri özünə yaxın KİV vasitəsilə yayması onun vəzifə almaq istəyilə əlaqədardır. Belə ki, Qənizadənin öz çevrəsində yaxın vaxtlarda yeni vəzifəyə təyin olunacağı ilə bağlı məlumat yaydığı bildirilir. O da qeyd edilir ki, Ç.Qənizadə vəzifəyə təyinat üçün öncə YAP-a üzv olmasının vacib olduğu haqdadanışıb.
Qeyd edək ki, onun YAP-a üzv olması ilə bağlı xəbər bir neçə gündür müzakirə edilir. İnsanlar Ç.Qənizadənin uzun illərdən sonra YAP-a üzv olmasını birmənalı qarşılamırlar. Müzakirələrdə sabiq deputatın Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovla yaxınlığı xüsusilə qabardılır. Bildirilir ki, Ç.Qənizadənin vaxtilə Əli Həsənovun icazəsi olmadan addım atmadığı halda, indi birdən-birə YAP-a üzv olmaqla hansı məqsədə qulluq etdiyi qaranlıqdır. "Vaxtilə namizədliyini hansı dairədən verəcəyini Əli Həsənovun ağzına baxaraq gözləyən, TV-də verilişə çıxanda jurnalistlərə "mənə elə suallar verin ki, Əli müəllimi tərifləyim, o da baxacaq verilişə" deyən Çingiz Qənizadə nə oldu ki, birdən-birə YAP-a üzv oldu?" deyə sual edən mənbəmiz qeyd edir ki, bu, İctimai-siyasi şöbənin sabiq müdirinin tapşırığı ola bilər: "Bildiyimə görə, Əli Həsənov bütün adamlarına aktiv olmağı, vəzifələrə yerləşməyə çalışmağı tapşırıb. Həmçinin bildirib ki, özü də yaxın vaxtlarda yerinə qayıdacaq. Görünür, Çingiz Qənizadə də bu məqsədlə YAP-a üzv olaraq, vəzifə almaq həvəsindədir. Amma hakimiyyətdə onu yaxşı tanıyırlar, saxtakarlıq səbəbilə mandatı tanınmayan, namizədliyini verdiyi və guya qalib gəldiyi dairədə nəticələr ləğv edilən bir şəxsə mötəbər vəzifənin veriləcəyinə inanmıram".

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu