İstefa verən vəzifəli şəxslərin yerinə onlar təyin olunacaq - Milli Məclisə təqdimat

AFN xəbər verir ki, "Yeni Sabah” həmin boş qalan yerlərə təyin olunacaq namizəslərdən ikisinin kimliyini öyrənib. Palatadan sayta bildirilib ki, boş qalan 4 vəzifə yerindən ikisinə Vəfa Mütəllimova və Cavid Bayramov təyin olunacaq. Artıq onlarla bağlı lazımı təqdimatlar Milli Məclisə göndərilib.
V. Mütəllimova hazırda Palatada çalışır. O icmal büdcə və strateji təhlil şöbəsinin müdiridir.
C. Bayramov isə palatanın Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiridir.