Vüsalə Əlizadə: “Ölüm xəbərinə hamı üzüldü, dostum”


“Hər halımla: yaxşı və pis günümdə Allahıma şükr edən bəndəyəm. Kim olursan ol, son mənzilin qara torpağın ağuşudur. Amma ömrün bu çağında, belə yaşda, bu cür qismətlə, belə ölümlə sənin kimi insanı, dostu, sənətçini, həyat yoldaşını, atanı, oğulu itirmək çox çətindir. Bütün günü fikirlərimi toplaya bilməmişəm, dostum...”



AFN xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə İnstaqram hesabında yazıb. O, ötən gün vəfat edən sənətçi dostu Aslan Hüseynovun ölümünə görə dərin kədər hissi keçirdiyini bildirib:

“Səninlə səmimi dostluğumuz, unudulmaz səfərlərimiz olub. Pozitiv, zarafatcıl, aza çoxa önəm vermədən qane olan əziz qardaşım...

Səni unutmayacağıq. Bəziləri kimi statusun, bər-bəzəkli təxəllüslərin olmasa da, ölüm xəbərinə hamı üzüldü, yandı, “Heyif Aslandan” dedilər... Bu dünyada adam kimi adam olmaq önəmlidir... Heyif səndən dostum... Allah rəhmət etsin!”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu