Azərbaycanlı repçinin vəfat edən jurnalist atası ilə bağlı PAYLAŞIMI TƏSİRLƏNDİRDİ - FOTO


Azərbaycanlı repçi AiD (Orxan Zeynallı) sosial şəbəkədə yeni paylaşım edib.



AFN xəbər verir ki, o, şəxsi instaqram hesabında vəfat edən atası, tanınmış jurnalist Araz Zeynalovla bağlı post paylaşıb.

Orxan atası ilə illər əvvəl lentə alınan şəklini paylaşaraq onunla bağlı xatirələrindən yazıb:

"Prospektin yazılmamış bir nömrəli qanunu “Kişi kimi yaşayıb, kişi kimi ölmək”dir. Mən özüm belə pafoslu məhəllə əfsanələrindən uzaq olsam da, köhnə məktəb nümayəndələrinin haqqını yemək olmaz. İntellektual, geyimi-kecimi yerində, hazırcavablıq, yumor hissi, status, xeyirxahlıq və cəmiyyətdə hörmət... Bu sadalanan dəyər və prinsiplərə son gününə qədər əməl etmək.

Dünən atam öz sevimli prospektində dünyasını dəyişdi. Son aylar yataqdan qalxmasa belə, bahalı ətirindən mütləq istifadə edirdi, zarafatlarından qalmırdı. Deyirdi ki, yubileyimdə rəhmətə getsəm, yaxşı xəbər başlıqları alınar…

Yubiley məsələsi olmasa da, başlıqlar və postlar bol olacaq. Adına layiq. Onun üçün çox vacib idi. Allah rəhmət eləsin, papa".

Orxanın bu paylaşımı sosial şəbəkə istifadəçilərini çox təsirləndirib. Onlar Araz Zeynalova Allahdan rəhmət diləyiblər.

Xatırladaq ki, tanınmış jurnalist Araz Zeynalov ürəktutmadan dünyasını dəyişib. Mərhum ötən gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu