Sünbül qızım üçün...


Adelim (Sünbülüm) mən böyük bir şey yazmaq istəyirəm. Ürəyim 4-ilin birikimiynən doludu, amma an gəlib yetişəndə yaza bilmirəm. Şoka düşüb ağlaya bilməyən adamlar olur e, bax eləyəm, ağlım qarmaqarışıqdı...


Allah bəzən insanı ən pis adamların qarşısında belə boynu bükük duruma salır, əlində ki, varlığını alır, elə bir hal yaranır ki, hamı üçün arzuolunmaz, qədirsiz-qürursuz dəli görkəminə düşürsən. Bax həmin anda bir də kiçik təsəllilər olur. Mənim kiçik yox, bütün pisliklərə rəğmən ifadə olunmayacaq qədər böyük təsəllim sənsən. Səndə tapdım o təsəllini, sənlə mövcudluğumu qorudum saxladım. İndi deyərlər ki, nə olsun, hamı uşağını istəyir də... Yox-yox, mən səni qızım kimi deyil, böyük bir hadisə, əsil təsəlli kimi önəmsəyirəm, sevirəm. Bəlkə də sənə hər kəsin etdiyini edə bilməmişəm, amma sənin üçün varlığımı qurban vermişəm. İnan mənə, ən möhkəm, uşaqlar, şımartılmayan uşaqlar olur. Sən mənim üçün dörd fəsilsən, yaslanacaq dağsan, vur əli olan qardaşımsan, bir sözlə, əksik qaldığım hər şeysən. Dünyada hər atanın bir qızı olmalıdı devizini sonacan dəstəkləyirəm.
2015-ci ildə feysbuk səhifəsində bir şirin qız uşağı görüb, belə bir status paylaşmışdım: (hələ o, vaxtlar maddi və mənəvi olaraq ən yüksək pilləmdəydim.)"Adamın belə bir qızı olsun, yüz min borcu olsun!" Və budur, dediyimi Allah həmin gün olmasa da, 6 il sonra mənə daddırdı. Sağ olsun Tanrımız, bu kimi istəklərdə səsimizi eşidir... Qısacası, sənlə görəcəyimiz çox işlərimiz var! Məni ata kimi yox, daşımın başına düşdüyü hər kəsin yerinə də sev... Səni atamı sevdiyim kimi sevirəm...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu