Robert De Nironun 19 yaşlı nəvəsi vəfat edib


Robert De Nironun nəvəsi Leandro De Niro Rodriges 19 yaşında vəfat edib.


Aktyorun böyük qızı Dren De Niro sosial şəbəkələrdə faciəvi xəbəri təsdiqləyib və oğlu olmadan necə yaşayacağını təsəvvür edə bilmədiyini yazıb.:

“Mənim gözəl mələyim. Mən səni bətnimdə hiss etdiyim andan sevdim. Sən mənim sevincim, ürəyim və həyatımda həmişə saf və real olan hər şey idin. Kaş ki, indi səninlə ola biləydim. Sənsiz necə yaşayacağımı bilmirəm, amma sənin anan olanda mənə hiss etdirdiyin sevgini və işığı davam etdirməyə və yaymağa çalışacağam” sözlərini yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu