Koronavirusdan ölənlərin sayı niyə yüksəkdir? - RƏSMİ AÇIQLAMA


Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayı azalır, paralel olaraq sağalanların da sayı çoxalır.


BAKU.WS xəbər verir ki, ölkədə koronavirusdan ölənlərin sayı hələ də yüksəkdir.

Ölənlərin sayının yüksək qalması ilə bağlı məsələyə münasibət bildirən TƏBİB-in İşçi Qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, koronavirus yeni mutasiyalar və bununla yanaşı xüsusiyyət yarada bilir:

"Son günlər koronavirus infeksiyalarında xəstəxanaya yatışa gələn xəstələrdə daha şiddətli keçməsinin də şahidi olmuşuq. Ümumi faiz etibarı ilə deməzdim ki, noyabr, dekabr aylarına nisbətən daha çox ölüm faizidir. Bu, sadəcə bizdə deyil, dünyada ölüm faizi hələ də yüksək olmaqda davam edir. Xəstəlik hələ də öz aktuallığı və öldürücülüyünü qoruyub saxlayır.

Lakin gələcəkdə ola bilər ki, insanlar virusu daha yüngül formada keçirsinlər. Amma hazırda xəstəlik öldürücüdür, ondan qorunmaq yolları dəyişməz olaraq qalıb. Spesifik müalicəsi olmamaqla yanaşı, nə qədər erkən həkim nəzarətində olarsa və yanlış müalicədən qaçılarsa, bir o qədər ölüm faizi aşağı düşəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu