NATO-nun Baş katibi: "Türkiyəyə təkrar minnətdarlığımızı bildiririk"

“Türkiyə üçün təhlükəsizlik tədbirlərinə dəstəyimiz artıb”.
APA-nın xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO sammitindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib. Y.Stoltenberq bunun tam olaraq tətbiq olunması üçün NATO-Türkiyə əlaqələrinin davam etdiyini vurğulayıb: “Suriyadan Türkiyəni vura və ya təhdid edə biləcək raket atışlarına qarşı ayıq-sayıq olmağa davam edirik. Müttəfiqimiz olan Türkiyəyə milyonlarla suriyalıya ev sahibliyi etdiyinə görə təkrar minnətdarlığımızı bildiririk”.