18 yaşlı tələbəni iş yoldaşı öldürübmüş
Mingəçevir şəhərində 18 yaşlı tələbənin qətli ilə bağlı rəsmi açıqlama verilib.
Prokurorluqdan verilən məlumata görə, iyulun 4-ü saat 01 radələrində 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülüb. Zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü K.O şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.
Qeyd edək ki, M.Alıyev Mingəçevir Dövlət Universitetinin tələbəsi olub. Hadisə “Miraj” restoranının ərazisində baş verib.