Sumqayıtdakı qətli törədən 22 yaşlı kişi saxlanıldı


Dünən Sumqayıt şəhərində 52 yaşlı Sədiyar Novruzovu qətlə yetirən şəxs saxlanılıb.


Prokurorluqdan AFN.az-a verilən məlumata görə, onu qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərli şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu