Telefonları dinləyən şirkətlə bağlı xüsusi komissiya yaradıldı


İsrail hökuməti bu ölkənin kiber təhlükəsizlik üzrə ixtisaslaşmış “NSO” şirkətinin fəaliyyəti ilə bağlı xüsusi komissiya yaradıb.


“Qafqazinfo” “İsrael İnfo”ya istinadən xəbər verir ki, komissiyanın yaradılmasına səbəb “NSO” şirkətinin yaratmış olduğu “Pegasus” casus proqramı ətrafında yaranmış beynəlxalq qalmaqaldır.

Şirkətin artıq uzun illərdir ki, müxalif jurnalist və siyasətçilərin izlənməsi üçün öz proqramlarını müxtəlif ölkələrin rəhbərlərinə satdığı məlumdur.

Qeyd edək ki, “OCCRP” beynəlxalq jurnalist təşkilatı “NSO Group” tərəfindən yaradılmış “Pegasus” casus proqramı vasitəsilə dünya üzrə siyasətçilərin, jurnalistlərin və aktivistlərin telefon danışıqlarının dinlənildiyi barədə qalmaqallı bəyanat yayıb.

Təşkilatın dünyanın aparıcı KİV orqanları ilə birgə həyata keçirdiyi araşdırmaya əsasən, kəşfiyyat xidmətlərinə, hüquq-mühafizə orqanlarına və hərbi qurumlara “Pegasus” casus proqramına girişi 2016-cı ildən təmin edib.

Belə məlum olub ki, proqram 50-yə yaxın ölkədə 50 mindən çox cihaza, Azərbaycanda isə mindən çox telefona yüklənib. Hədəf alınan telefon nömrələri əsas olaraq Azərbaycan, Qazaxıstan, Meksika, Macarıstan, Hindistan və BƏƏ-dən olub.

Bununla yanaşı, telefonu dinlənilən şəxslər arasında Fransa Prezidenti Emmanuel Makron da var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu