Polşada əvvəlki hökumətin yüzlərlə insanı casus proqramlarla izlədiyi açıqlanıb


Polşanın ədliyyə naziri və baş prokuror Adam Bodnar bildirib ki, keçmiş baş nazir Mateusz Moraviecki dövründə hökumət rəsmiləri yüzlərlə insana qarşı İsrailin kibertəhlükəsizlik şirkəti NSO Group tərəfindən hazırlanmış "Pegasus" casus proqramından qeyri-qanuni istifadə ediblər.



Ədliyyə naziri və baş prokuror Bodnar Polşa parlamentinin aşağı palatası olan Seymdə məsələ ilə bağlı açıqlamalar verib.

Polşa Baş naziri Donald Tuskun sələfi Mateusz Moraviecki dövründə hökumət rəsmilərinin "Pegasus" casus proqramlarından istifadə etdiyini bildirən Bodnar vəziyyəti şok və kədərləndirici olaraq xarakterizə edib.

Baş Prokurorluğun yaydığı məlumata görə, 2017-2022-ci illər ərzində əvvəlki hakimiyyətin 3 qurumunun istifadə etdiyi casus proqramlarla 578 nəfər haqqında şəxsi və peşəkar məlumatlar əldə edilib.

Baş Prokurorluq bildirib ki, əvvəlki hökumətin casus proqramdan kimlərə qarşı istifadə etdiyi barədə məlumat gizli saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu