Dünən rayonlarda yağış yağıb, bəzi yerlərdə intensiv olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 30-u saat 11:30-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 29-u günün birinci yarısında bəzi şimal və qərb rayonlarında yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.
Qurumdan AFN-ə verilən məlumata görə, düşən yağışın miqdarı Zaqatalada 24.0 mm (aylıq normanın 31%-i), Balakəndə 20.0 mm (aylıq normanın 26 %-i), Astarada 12.0 mm, Kişçayda (Şəki) 6.0 mm, Qəbələ, Sarıbaş (Qax), Şəkidə 4.0 mm, Lerik, Lənkəran, Daşkəsəndə 3.0 mm, Göygöl, Gədəbəydə 2.0 mm, Oğuz, Biləsuvar, Yardımlı, Göyçay, Maştağada 1 mm-dək olub.
Azərbaycanda son sutkada 127 nəfər COVID-19-a yoluxub, 54 nəfər sağalıb - VİDEO
Yay mövsümü başlayandan Bakıda 29 nəfəri gün vurub
Sentyabrın 1-dək xəstəxanalarda tibb işçilərinin ən azı 80 faizi birinci doza peyvənd olunmalıdır
Havanın temperaturu: iyulun 29-da Bakıda iqlim normasından 1.0° aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-30° isti, aran rayonlarında 26-31° isti, dağlıq rayonlarda 18°-dək isti, Naxçıvan MR-da 27-34° isti olub.