Kabildən havaya qalxan təyyarədə dəhşətli görüntü - VİDEO


Əfqanıstan paytaxtı Kabildən havaya qalxan təyyarədən iki nəfər yerə çırpılıb.


Bunu hadisə şahidlərinin lentə aldığı videolardan görmək mümkündür. Videolarda əfqanların ABŞ təyyarəsinə minmək üçün uçuş zolağına toplaşdıqları və təyyarə boyunca qaçdıqları aydın görünür.

İlkin məlumata görə, həmin şəxslər təyyarənin kənar hissələrindən yapışaraq ölkəni tərk etmək istəyənlər olub. Hazırda qurbanların dəqiq sayı bilinmir.

Qeyd edək ki, "Taliban" radikal hərəkatı Əfqanıstanın bütün ərazisinə vəziyyətə nəzarəti ələ keçirdikdən sonra vətəndaşlar ölkəni tərk etməyə cəhd edirlər.

Mənbə: Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu