Şəhid və qazi övladlarına təhsildə dəstək layihəsi


"II Qarabağ müharibəsi ərəfəsində könüllü fəaliyyətə başlayan “Azərbaycan Gənc Mübarizlər” Təşkilatı (AGMT) idarə heyəti üzvləri informasiya müharibəsində arxa cəbhə olaraq mübarizə aparıblar".


AFN xəbər verir ki, bunu "Azərbaycan Gənc Mübarizlər" Təşkilatının təsisçisi və sədri Hilal Məmmədov bildirib. O qeyd edib ki, təşkilat üzvləri hazırda da heç bitməyən informasiya müharibəsi daxil olmaqla, Vətənə, millətə xeyirli layihələr həyata keçirməkdə davam edirlər: "Bu layihələrdən biri də şəhid və qazi övladlarına təhsildə dəstəkdir. Artıq bir neçə aydır ki, davam edən layihədən 50-yə yaxın şəhid və qazi övladı yararlanıb. Dərslərin keçirilməsi üçün 25 müəllim könüllü olaraq layihə çərçivəsində fəaliyyət göstərir. Bu layihədə onlayn şəkildə könüllü fəaliyyət göstərən müəllimlər arasında həm məktəb müəllimləri, həm ADPU, BANM, ADA və.s universitetlərin yuxarı kurs tələbələri və müəllimləri var. Dərslər onlayn formatda "Zoom" proqramı vasitəsi ilə məktəb fənləri üzrə kurs sistemi ilə ödənişsiz olaraq həyata keçirilir".
Bu layihədə onlayn şəkildə könüllü fəaliyyət göstərmək istəyən məktəb yaxud universitet müəllimləri və ya yuxarı kurs tələbələri, həmçinin layihədən yararlanmaq istəyən şəhid və qazi övladları olarsa, aşağıdakı mobil nömrələrə zəng edərək və ya whatsapp vasitəsilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Əlaqə nömrəsi :
+994 55 280 04 65



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu