Yoluxma sayı bu gün də azalıb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2945 yeni yoluxma faktı qeydə alınıb, 1027 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
AFN xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 32 nəfər COVID-19-dan dünyasını dəyişib.