Pakistanda fabrik yandı: 17 nəfər öldü-FOTOLAR

Pakistanın Karaçi şəhərində kimya fabrikində yanğın olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 17 nəfər həyatını itirib.
Yanğının səbəbi hələlik bilinmir. Fabrikdə 20-dən çox insanın qaldığı ehtimal edilir.
Yanğın nəzarətə götürülüb. Axtarış-xilasetmə işləri davam edir.