Şəhid ailəsi niyə şəraitsiz evdə yaşayır? - FOTOLAR


Sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi İbrahimli Qəşəm Süleyman oğlunun ailəsinin yaşadığı evin görüntüləri yayılıb. Ağdamın Xındırıstan kəndində yerləşən və cəmi bir otaqdan ibarət olan evdə yaşamaq üçün şəraitin olmadığı bildirilir.


Bununla bağlı paylaşım edən QHT rəhbəri Hafiz Həsənovun sözlərinə görə, birotaqlı evin döşəməsi də torpaqdandır: “Zirzəminin bir hissəsində ailəsi yeganə oğul övladı olan şəhid Qəşəm İbrahimlinin döyüş şəkillərindən ibarət guşə yaradıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı şəhidin dəfnində və yas mərasimlərində iştirak edərkən şəhid ailəsinin yaşadığı bu acınacaqlı vəziyyəti görüb. Lakin indiyədək şəhid ailəsinin normal yaşayış evi ilə təmin edilməsi haqda tədbir görməyib”.

AFN xəbər verir ki, “Qafqazinfo” yayılan görüntülərlə bağlı Ağdam Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili Şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Xaliq Hüseynovla əlaqə saxlayıb. O, ailənin probleminin İcra Hakimiyyətinin nəzarətində olduğunu və qısa zaman ərzində onlara ev inşa ediləcəyini bildirib: “Şəhid Qəşəm İbrahimlinin ailəsi Ağdamın Əlimədətli kəndindən məcburi köçkün düşərək Xındırıstanda məskunlaşıb. İcra başçısı dəfələrlə onlara baş çəkib, ailənin problemləri ilə maraqlanıb. Ailəyə Quzanlıda ev təklif edilsə də, hazırda yaşadıqları ərazidə heyvandarlıqla məşğul olduqlarına görə imtina ediblər.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu