Qızının bədəninə narkotik yeridərək öldürdü - Azərbaycanda tükürpədici qətl


Bakı Ağır Cinayətlər Məhkəməsində qızının bədəninə narkotik yeridərək öldürən Hacıağa Salamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Salamov 9 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bu ilin martında 1985-ci il təvəllüdlü Salamova Gülər Hacıağa qızının meyiti yaşadığı evdə aşkarlanıb.

İttihama görə, 1960-cı il təvəllüdlü Hacıağa Salamov qısqanclıq zəminində qızının bədəninə iynə ilə yüklü miqdarda heroin vurub. Nəticədə G.Salamova zəhərlənərək ölüb.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu