“Payız və qış aylarında yoluxma sayı arta bilər” - Baş infeksionist


“Baxmayaraq ki, bu günlərdə bizdə yoluxma sayı yüksək rəqəmlərə qalxdı, heç bir məhdudiyyətlərə getmədik. Həqiqətən də, təcrübə göstərdi ki, bu, doğru yol idi. Biz artıq dalğanın enişindəyik”.


Bunu Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov canlı yayımda çıxışı zamanı deyib.

O bildirib ki, bəzi ölkələrdə, məsələn, Danimarkada bütün qadağalar götürülüb: "Bu, vaksinasiyanın hesabına olub. 12 yaşdan yuxarı əhalinin 80 faizdən çoxu peyvənd olunub".

“Payız və qış aylarında məktəblərin açılması, Məhərrəm ayının bitməsi ilə əlaqədar yenidən toyların başlaması, havaların soyuması ilə əlaqədar qapalı məkanlarda toplaşma - bunlar hamısı faktorlardır ki, insanlar yenidən bir-biri ilə yaxın məsafədən təmasda olsunlar. Bu zaman yenə də yoluxma hallarının sayı arta bilər. Bunun baş verməməsi üçün mümkün riskləri qiymətləndirməli, toplum yerlərə getməməli, peyvəndləmə aksiyasında iştirak etməliyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu