Mirismayılın yenidən köməyinizə ehtiyacı var - FOTOLAR+VİDEO


“Mirismayıl 2017-ci ildə anadan olub. Gözündə şiş yaranmışdı. Bakıda həkimlərə apardıq, dedilər əməliyyat olunmalıdır. Əməliyyatla kiçik şişi götürdülər. Uşağın sağlamlığına qovuşması üçün sonuncu əməliyyata girməsi üçün xalqımın dəstəyinə ehtiyacım var”.


Bu barədə Oxu.Az-a uşağın atası Mirvaleh Ağalarov məlumat verib.

Uşağın müalicəsinin tamamlanması üçün atası xalqın dəstəyini gözləyir: “Xalqımın dəstəyi ilə oğlum Türkiyədə əməliyyat olundu. İndi isə o yenidən, sonuncu dəfə əməliyyata girməlidir. İstəmirəm uşağım gözünü itirsin. Maddi vəziyyətim bu əməliyyatı qarşılamağa imkan vermir. Xahiş edirəm imkanlı, xeyriyyəçi şəxslərdən oğluma sağlamlığına qovuşması üçün kömək etsinlər”.

Əlaqə nömrəsi: 055 757 52 42 (Mirvaleh Ağalarov)
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu