Ermənistanda hərbçiləri ilə fərarilik edən komandir həbs olundu


Ermənistan silahlı qüvvələri noyabrın 16-da sərhəddə təxribat törətdikdən sonra bu ölkədə həbslərə başlanılıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorunun müşaviri Qor Abramyan feysbuk səhifəsində yazıb. O bildirib ki, 10 döyüş mövqeyinə cavabdeh olan batalyon komandiri G.G. həbs edilib:

“Mayor döyüş tapşırıqlarının yerinə yetirilməsini təmin etmədi, xüsusən də düşmənə müqavimət təşkil etmədi. O, daha 7 hərbçi ilə birlikdə mövqedən qaçıb, nəticədə 11 əsgər əsir düşüb, 2 nəfərin meyiti noyabrın 17 və 19-da Ermənistan tərəfinə verilib, post düşmənin nəzarətinə keçib”. G.G.-yə qarşı Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi (Döyüş vəzifəsini və ya hərbi xidmət keçmə qaydalarını pozma) ilə cinayət işi başlanıb. Bu maddə üzrə daha bir müqaviləli hərbçi saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu