İrəvana qaytarılan altı erməni hərbçi həbs edildi
2021-ci il noyabrın 16-da Azərbaycan tərəfindən saxlanılan və bir qədər sonra Ermənistana təhvil verilən 6 hərbçi barədə cinayət işi başlanıb və onlardan heç biri zərərçəkmiş kimi tanınmayıb.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsindən bildirilib ki, əsirlikdən qayıdan 26 əsgərdən 6-sı barəsində cinayət işi başlanıb, onlar həbs edilib. Onların arasında üç zabit də var. Hərbçilərin heç biri zərərçəkmiş kimi tanınmayıb.