Erməni hərbçi əsgər yoldaşını başından güllələdi


Ermənistan ordusunun hərbçisi əsgər yoldaşı tərəfindən güllələnib.


Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Həlak olan hərbçi 18 yaşlı Movses Aramaisoviç Tadevosyandır.

Hadisənin dekabrın 31-i saat 10:50 radələrində döyüş postlarının birində baş verdiyi bildirilir. Əsgər başından güllələnmiş vəziyyətdə aşkarlanıb. Xəstəxanaya aparılarkən yolda vəfat edib.

Cinayəti törədən hərbçi saxlanılıb. Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu