ABŞ öz diplomatlarına Ukraynanı tərk etməyə icazə verdi
ABŞ Dövlət Departamenti öz diplomatlarına Ukraynanı könüllü tərk etməyə icazə verib.
Bu barədə Departamentin yaydığı məlumatda qeyd olunub.
Həmçinin Dövlət Departamenti Kiyev səfirliyində çalışan diplomatların ailə üzvlərinin səfirliyi tərk etməsinə dair göstəriş verib.
Qurum bu addımını Rusiya tərəfindən hər an başlana biləcək hərbi əməliyyatlar təhlükəsi ilə əsaslandırıb.
Bununla yanaşı, səfirliyin öz işini normal qaydada davam etdirəcəyi vurğulanıb.