ABŞ İsrail səfirliyində çalışan diplomatların ailələrinə ölkəni tərk etməyə icazə verib


ABŞ Dövlət Departamentinin Fələstinlə münaqişələr səbəbindən ABŞ-ın İsraildəki səfirliyində təcili ehtiyacı olmayan işçi və diplomatların ailələrinə ölkəni tərk etmələrinə icazə verdiyi açıqlanıb.


“Times of Israel” qəzetinə danışan səfirliyin adı açıqlanmayan sözçüsü bildirib ki, sözügedən məzuniyyət təcili ehtiyacı olmayan işçilərin və diplomatların ailələrini əhatə edir.

Səfirliyin bundan sonra da fəaliyyət göstərəcəyini bildirən sözçü diplomatik əlaqələri davam etdirəcəklərini və bundan sonra da davam edəcəklərini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu