ABŞ Livana səyahət xəbərdarlığını ən yüksək səviyyəyə qaldırdı


"Gözlənilməz təhlükəsizlik vəziyyəti" səbəbindən ABŞ Livana səyahət xəbərdarlığını ən yüksək səviyyə olan 4-cü səviyyəyə qaldırıb.



ABŞ eyni zamanda Beyrutdakı səfirliyində çalışan işçilərinin ailələrinə və bəzi fövqəladə hallara aid olmayan işçilərin ölkəni tərk etməsinə icazə verib.

Bildirilib ki, terrorizm, vətəndaş itaətsizliyi, silahlı qarşıdurmalar, cinayət, adam oğurluğu və ABŞ-ın Beyrutdakı səfirliyinin ABŞ vətəndaşlarına göstərdiyi məhdud xidmətlər səbəbindən bu ölkəyə səyahətə yenidən baxılmalıdır.

Bəyanatda həmçinin qeyd olunub ki, Livanda "gözlənilməz təhlükəsizlik vəziyyəti" səbəbindən ölkənin Beyrutdakı səfirliyində çalışan personalın ailələri və bəzi fövqəladə hallar üzrə olmayan personalın ölkəni tərk etməsinə icazə verilib.

“Terror təşkilatlarının Livana hücumlarının davam etdiyinə” işarə edilən açıqlamada, Livan hökumətinin ABŞ vətəndaşlarının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu