Ərdoğandan səhhəti ilə bağlı açıqlama

Koronavirusun “omicron” ştamına yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhhəti ilə bağlı açıqlama verib.
AFN.az xəbər verir ki, Türkiyə lideri rəsmi tvitter səhifəsində yazıb:
“Bu səhər həkimimiz rutin müayinəmizi həyata keçirdi. Şükürlər olsun ki, hər hansı mənfi hal yoxdur. Bu gün də xəstəliyi yüngül keçirir və Əminə xanımla evdən işimizi davam etdiririk.